Noyabrın 2-si saat 10 radələrində Sumqayıt şəhər sakini 1981-ci il təvəllüdlü Seyhan Həsənalıyevin hündürlükdən yıxılaraq ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt Şəhər Prokurorluğunda ilkin araşdırmalarla müəyyən olunub ki, Sumqayıt şəhərində yeni tikilməkdə olan yaşayış binasının tikintisində fəhlə işləyən Seyhan Həsənalıyev iş görən zaman binanın 9-cu mərtəbəsindən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.