Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, “AzSamand” və “KİA Rio” markalı avtomobillər toqquşub.
Qəza zamanı xəsarət alanların olduğu bildirilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib:
“Qəza Nizami rayonu ərazisində baş verib. Hadisə zamanı hər iki avtomobilin sürücüsü xəsarət alıb. Əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır”.