Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan “İnfiniti” markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı qadını vurub.
Piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.