Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Kərimova Məryəm Orxan qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki baldır sümüklərinin yerdəyişən sınıqları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.