Kürdəmir rayonunda 29 yaşlı qadın dərmandan zəhərlənib.
Hadisə şəhərin Əbubəkir İsmayılov küçəsində qeydə alınıb.
Belə ki, Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Mirzəyeva Aytən Mirxan qızı bir neçə dərmanı ard-arda içərək zəhərlənib. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.