Gəncədə 17 yaşlı qız intihara cəhd edib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, şəhərin M. Axundzadə küçəsində 2004-cü il təvəllüdlü H.E. özünü asaraq intihar etmək istəyib.
Son anda yaxınları onun həyatını xilas edə bilib.
Xəstəxanaya yerləşdirilən gənc qızın vəziyyəti ağır qiymətləndirilir.
Onun hansı səbəbdən intihar etmək istədiyi isə hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.