Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
TIR yük avtomobili yolu keçən 1953-cü il təvəllüdlü Abıyev Ağaməmməd Əziz oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beynin ağır dərəcəli və bədənin çoxsaylı əzikləri, sınıqları diaqnozları qoyulub.
A.Abıyevin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.