Daşkəsən rayonunda bir yaşlı körpə ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
“Report”un məlumatına görə, hadisə Əmirvar kəndində qeydə alınıb. Gəncədən Daşkəsənə qonaq gələn ailənin 2020-ci il təvəllüdlü övladının (oğlan) üzərinə qaynar su tökülüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan körpə yaxınları tərəfindən Gəncə şəhərində yerləşən xəstəxanaların birinə çatdırılıb.
Faktla bağlı araşdırmalar başladılıb.