Yevlax rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, hadisə Yevlax rayon Qarxun kəndində qeydə alınıb.
“Mercedes” markalı avtomobil motorela ilə toqquşub. Nəticədə motorelanın sürücüsü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.