Lənkəran rayonunda azyaşlı eyvandan yıxılaraq xəsarət alıb.
APA-nın məlumatına görə, rayonun Gəgiran kəndində 2019-cu il təvəllüdlü Gündüz Rasim oğlu Hadıyev eyvandan həyətə yıxılıb.
Kəllə-beyin travması alan uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlının vəziyyətinin orta ağır olduğu bildirilir.