Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində 1 nəfərin dənizdə (nəzarətsiz ərazi) batması barədə məlumat daxil olub.
Median.Az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2005-cı il təvəllüdlü Yaqubova Lalə Fətəli qızının meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.