Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə bu gün səhər saatlarında, köhnə Ələt-Astara magistral yolunun Arbatan kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı avtomobil motosikletlə toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü, Salyan şəhər sakini, 1968-ci il təvəllüdlü Hüseynov Mübariz Əflatun oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.