Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Həsənqala kəndində qeydə alınıb.
Kənd sakini, 1994-cü il təvəllüdlü Orxan Şıxəmməd oğlu Məmmədov kənd ərazisində yerləşən göldə batıb.
Qeyd edək ki, mərhum ailəli olub, övladı yoxdur.
Meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.