Cəlilabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yıxılma hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Cəlilabad rayonunda qeydə alınıb.
Yaşadığı evin 2-ci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş-beyin əziyi və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.