Bu gün paytaxtda daha bir yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, hazırda Mərdəkan şossesi “RAHAT” marketin qarşısında qəza baş verməsi səbəbindən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Qeyd edək ki, bu gün səhər saatlarında Heydər Əliyev prospekti kənar yolda (mərkəz istiqamətində) baş verən qəza səbəbindən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunurdu.