Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
“Report” xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Bolqarçayda çimən məktəblilərdən biri, Biləsuvar şəhər sakini, 2006-cı il təvəllüdlü Məmmədov Fərid Seymur oğlu boğularaq ölüb.
Mərhum 10 yaşlı əmisi oğlunun boğulmasını görüb və onu suyun dayaz hissəsinə çıxarıb. Lakin özü yorulduğundan çayda boğulub.
Qeyd edək ki, orta məktəbin 9-cu sinfini bitirən F. Məmmədli ailənin tək oğul övladı olub.