Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Yolu keçən 1964-cü il təvəllüdlü Əhmədov Ramiz Rasim oğlu xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.