Mingəçevir- Yevlax avtomobil yolunun Mingəçevir ərazisindən keçən hissəsində az yaşlı piyadanı avtomobil vurub.
"Report"un məlumatına görə, Mingəçevir şəhər Əkşkəm kənd ərazisində "Mercedes" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən, 2014-cü il təvəllüdlü Ş.Məhərrəmovu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı Mingəçevir şəhər Xəstəxanasına aparılıb.
Onun vəziyyəti kafi qiymətləndirilir.
Qeyd edək ki, azyaşlı içərisində yaxınlarının da olduğu maşından düşüb və qarşı tərəfə keçmək istəyib. Sağa-sola baxmadan anidən yola qaçdığı zaman da məlum hadisə olub.
Faktla bağlı araşdırmalara başlanılıb.