Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı FHN-ə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüldü Novruzova Mahirə Əkbər qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.