İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.
İsmayıllı rayonuna istirahətə gedən Abşeron rayonu Xırdalan şəhər sakini 1963-cü il təvəllüdlü Qəhrəmanov Həsən Əli oğlu rayonun İstisu kəndi ərazisindəki göldə çimərkən suda boğularaq ölüb.
Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdıma aparılır.