Sabirabadda 52 yaşlı kişini elektirk cərəyanı vuraraq öldürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Hacıbəbir kəndində qeydə alınıb.
Kənd sakini, 1969-cu il təvəllüdlü Əsgərov Habil Amil oğlu evdə gərginlik altında olan elektrik naqilləri ilə ehtiyatsız davrandığından onu elektrik cərəyanı vurub.
Yaxınlarının yardımına baxmayaraq, 52 yaşlı kişi həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.