Şəmkirdə velosipedçini maşın vurub.
Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.
1983-cü il təvəllüdlü Qasımov Babək velosipedlə hərəkətdə olan zaman avtomobil onu vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, hadisəni törədən sürücü hadisə yerindən yayınıb. Onun tapılması istiqamətində axtarışlara başlanılıb.
Faktla bağlı araşdırma aparılır.