Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Məhəmməd Hadi küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın hadisəsinin baş verməsi ilə məlumat daxil olub. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb və söndürülüb.