Masallı rayonunda beş nəfər qidadan zəhərlənib.
Oxu.Az-ın məlumatına görə, hadisə zamanı beş nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən xəbərə görə, hazırda onların vəziyyətləri orta ağırdır:
“Beş nəfər qida zəhərlənməsi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının infeksion xəstəliklər şöbəsinə qəbul edilib. Şikayətləri yüksək hərarət, ürəkbulanma, qusma, ishal olub. Həmin şəxslərə ilkin yardım göstərilib və şöbəyə yerləşdiriliblər”, - deyə o əlavə edib.