Yol polisi avtomobillə azyaşlını vuraraq öldürüb - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:37 Cənub sərhədlərində radiasiya fonunda çirklənmə aşkar edilməyib  |     18:28 AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır  |     18:08 Bakıda 7 yaşlı uşaq faciəli şəkildə ÖLDÜ  |     17:54 İmişlidə 47 yaşlı kişi ov tüfəngi ilə öldürüldü  |     17:30 Astarada 207 kiloqramdan artıq narkotik vasitə aşkar edildi  |     17:13 "Əfi" ləqəbli tiktoker Əflatun Rüstəmov HƏBS EDİLDİ (EKSKLÜZİV)  |     16:57 Bakıda mağazanı qarət edən qadınlar tutuldular  |     16:42 Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb  |     16:33 Azərbaycan idmançısı beynəlxalq turnirdə qələbə qazanıb  |     16:26 Donetskdə daha bir yaşayış məntəqəsi Rusiyanın nəzarətinə keçdi  |     16:12 Rusiya daha 1200 ukraynalı hərbçinin meyitini Kiyevə təhvil verdi  |     15:44 İranda daha üç nüvə alimi öldürülüb  |     15:38 AZAL bəzi reysləri LƏĞV ETDİ  |     15:23 İsrailin öldürdüyü iranlı nüvə alimlərinin SİYAHISI  |     15:22 Prezidentin köməkçisi: Qafqazdakı yeni status-kvo beynəlxalq hüquqa əsaslanır  |     14:58 Xamenei İsrailə hücumdan bir saat əvvəl iclas keçirib  |     14:45 Rusiya Azərbaycana təşəkkür etdi  |     14:43 Naxçıvanda dönərxananın fəaliyyəti məhdudlaşdırıldı  |     14:42 İsrailin zərbələri İranın uran zənginləşdirmə zavoduna zərər yetirib  |     14:40 Sabahdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılır  |    

Yol polisi avtomobillə azyaşlını vuraraq öldürüb - YENİLƏNİB

Ağsu rayonunda azyaşlını vuraraq öldürən sürücü yol polisi əməkdaşıdır.

“Report” xəbər verir ki, hadisə ötən axşam saatlarında rayonun H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakini 2011-ci il təvəllüdlü Məhərrəmli Nəzrin Səbuhi qızı həmin prospektdə yolu keçmək istəyərkən onu DYP avtombilini idarə edən polis əməkdaşı Ağsu rayon sakini Kərimov Cavid Nəriman oğlu vurub.

Yaralı dərhal Ağsu Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və Nəzrin Məhərrəmli elə xəstəxanada dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

DYP avtomobilini idarə edən Cavid Kərimov Bakı-Şamaxı əsas magistral yolunda yol polisi vəzifəsində çalışır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

* * * * *

Ağsuda piyadanın ölümü nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə ötən axşam saatlarında rayonun H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakini 2011-ci il təvəllüdlü Məhərrəmli Nəzrin Səbuhi qızı həmin prospektdə yolu keçmək istəyərkən onu Ağsu rayon sakini Kərimov Cavid Nəriman oğlunun idarə etdiyi avtomobil vurub.

Yaralı dərhal Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və Nəzrin Məhərrəmli xəstəxanada dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 980 14.04.21 12:13