Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezidentin köməkçisi: Qafqazdakı yeni status-kvo beynəlxalq hüquqa əsaslanır

14.06.2025 15:22 579
Prezidentin köməkçisi: Qafqazdakı yeni status-kvo beynəlxalq hüquqa əsaslanır
Qafqazdakı yeni status-kvo legitimliyə, qanuniliyə və beynəlxalq hüquqa əsaslanır.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "GLOBSEC 2025” forumunda "Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi strateji keçid?” mövzusunda keçirilən paneldə danışıb.

O qeyd edib ki, hazırda Cənubi Qafqaz regionunda sülh və sabitlik var:

"Azərbaycan hazırkı sülh və sabitliyi təmin etmək üçün çox iş görüb. Münaqişə və müharibə artıq bitib. Biz sülh gündəliyi üzərində işləyirik. Vacib olan odur ki, Qafqazda yeni status-kvo yaranıb. Bu, legitimlik, qanunilik və beynəlxalq hüquqa əsaslanır. Əvvəlki status-kvo isə təəssüf ki, işğal faktına əsaslanırdı”.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan artıq regional ölkələr vasitəsilə daha geniş coğrafiya ilə əlaqələr qurub:

"İndi Ermənistan da göstərməlidir ki, onun ərazisindən keçid də iqtisadi cəhətdən səmərəli və cəlbedici ola bilər. Biz hələ də gözləyirik. Amma məsələnin yaxşı tərəfi odur ki, ikitərəfli kanallar vasitəsilə biz Ermənistanla müxtəlif istiqamətlər üzrə işləyirik.

Bu istiqamətlər sülh müqaviləsi, sərhədlərin delimitasiyası və bəzi digər məsələləri əhatə edir. Sülh müqaviləsinin mətn razılaşdırılıb. Lakin hələ də həll olunmamış məsələlərimiz var və onların üzərində işləyirik”.скачать dle 11.3
Mojo.az Banner