Mojo.az Banner
19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |     15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda dönərxananın fəaliyyəti məhdudlaşdırıldı

14.06.2025 14:43 627
Naxçıvanda dönərxananın fəaliyyəti məhdudlaşdırıldı
Naxçıvanda "Alov dönər" dönərxanasının fəaliyyəti yenidən məhdudlaşdırılıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, 23.05.2025-ci il tarixdə Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yerləşən İsmayılov Məhəmməd İsmayıl oğluna məxsus "Alov dönər" dönərxanasında Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı aşkarlanmış nöqsanlarla bağlı dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Sonradan sahibkarın müraciəti əsasında 30.05.2025-ci il tarixdə obyektə yenidən baxış keçirilib, nöqsanlar aradan qaldırıldığı üçün fəaliyyətinə icazə verilib.

Lakin, 14.06.2025-ci il tarixdə aparılan monitorinqlər zamanı sözügedən dönərxanada əvvəlki tarixlərdə termiki emala məruz qalmış toyuq əti dönərinin dondurucuda saxlanılaraq satışının həyata keçirilməsi faktı aşkarlanıb. Bu kimi məhsulların insan həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmasını nəzərə alaraq faktla bağlı müvafiq tədbirlər görülüb, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub və dönərxananın fəaliyyəti təkrar məhdudlaşdırılıb.

Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün dönərxanalar dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlahkçı hüquqlarının müdafiəsi istiqamətində istirahət və bayram günləri də daxil olmaqla nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.скачать dle 11.3
Mojo.az Banner