Gəncədə baş vermiş yanğında bir nəfər dünyasını dəyişib.
1951-ci il təvəllüdlü, fiziki qüsurlu və yataq xəstəsi olan Hacıyeva Mayisə evdə yanaraq ölüb.
M.Hacıyevanın tək yaşadığı bildirilib. Hadisənin qazla işləyən sobadan kənara çıxan qığılcımlardan yarandığı ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.