Bərdədə əlilliyi olan şəxsin pensiyası kəsilib.
Baku TV xəbər verir ki, rayonun Qarayusifli kənd sakini, 18 yaşlı Lalə Kərimli bir neçə aydır ki, əlillik üçün olan pensiyasını ala bilmir.
Anası Könül Kərimli bildirir ki, qızı anadangəlmə iflic xəstəliyindən əziyyət çəkir:
“15 ilə yaxındır aylıq 200 manat pensiya alsa da, son üç ayda bilinməyən səbəbdən pensiyası kəsilib”.
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, məsələ artıq onların nəzarətindədir. Agentliyin nümayəndələri tezliklə Kərimovlar ailəsinə baş çəkəcəklər.