Goranboy sakini şirniyyat məhsulundan zəhərlənib.
Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Veyisli kəndində baş verib.
1974-cü il təvəllüdlü kənd sakini Sevda Murad qızı Həsənova qida zəhərlənməsi səbəbilə xəstəxanaya çatdırılıb.
Məlumata görə, o, dükandan aldığı şirniyyat məhsullarını yeyib və bundan sonra halı pisləşib.