Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Şükürov Amil Yaqub oğlu xəsarət alıb. Yaralı təcili yardım avtomobilində 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.