Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1950-ci il təvəllüdlü Musayarov Dursun Məhəmməd oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona qapalı kəllə-beyin travması və döş qəfəsinin əziyi diaqnozu qoyulub.