Biləsuvar rayonunda intihar hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə bu gün səhər saatlarında Amankənd kəndində qeydə alınıb.
Belə ki, kəndin sakini, 1981-ci il təvəllüdlü İsaq Ədalət oğlu Buludov özünü asıb. Onun nevroloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, İ.Buludov ailəli idi, üç uşağı var.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.