Bakının Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, hadisə Bakı Dairəvi yolundan Sumqayıt istiqamətinə gedən yol ötürücüsündə qeydə alınıb.
Belə ki, “VAZ-2109” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
Qəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.