Qubada “Azərişıq” ASC-yə məxsus maşının dərəyə yuvarlanması nəticəsində yaralananların kimlikləri bəlli olub.
Sumqayıt şəhər sakinləri - 1992-ci il təvəllüdlü Abdullayev Saleh Abuzər oğlu və 1984-cü il təvəllüdlü Rəsulov İlkin Mahir oğludur.
S.Abdullayevə sol bazu və sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.
İ.Rəsulova qapalı kəll-beyin travması, hər iki budun orta üçdə birinin və sol baldırın sınığı diaqnozu qoyulub. Vəziyyəti ağırdır.
* * * *
Qubada “Azərişıq” ASC-yə məxsus maşın aşıb.
Hadisə rayonun Söhüb kəndində qeydə alınıb.
Hadisə nəticəsində iki nəfər ölüb, ikisi isə xəsarət alıb. Yaralılar Quba rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Azərişıq” ASC-yə məxsus avtomobil yoldan çıxaraq aşdığını təsdiqləyib:
“Hadisə nəticəsində qurumun iki əməkdaşı ağır xəsarətlər alıb. Məlum hadisə ilə bağlı məsələ rəhbərliyin nəzarətindədir. Hadisənin səbəblərinin araşdırılması üçün rəhbərlik Qubadadır”.
Faktla bağlı araşdırma aparılır.