"Boeing"dən yeni uğursuzluq: "777X" sınaqdan keçmədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Goranboyda 60 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     22:46 Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib  |     22:27 Azərbaycan hökumətindəki mənbə: Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub  |     22:25 Suriyanın keçmiş daxili işlər naziri yeni hökumətə təslim olub  |     22:12 Dövlət Komitəsi kremasiya mərkəzlərinin yaradılması ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ  |     21:49 Rusiya vətəndaşının 780 min manatını mənimsəyənə hökm oxundu  |     21:32 Kürdəmirdə 26 yaşlı oğlan atasının iş yerində ÖLDÜ  |     21:15 Rusiya Xarkova raket zərbələri endirib, ölən və yaralananlar var  |     20:59 Azərbaycanın “Avroviziya 2025” təmsilçisi açıqlandı  |     20:46 Aİ-nin Azərbaycana qarşı "Binokl diplomatiyası" davam edir - VİDEO  |     20:25 Qızılağacda qanunsuz ov edən şəxs saxlanıldı  |     20:15 Ərdoğan Suriya prezidenti ilə görüşüb  |     20:12 Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair araşdırmanın ilkin nəticələri dərc etdi  |     19:40 Konqoda meymunçiçəyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb  |     19:27 Bulvarda azyaşlını skuterlə vurdu, məhkəmə cəzalandırdı  |     19:23 "Bakı Gəmiqayırma Zavodu" cərimə olunur  |     19:08 İsveçdə məktəbdə atışma olub, beş nəfər yaralanıb  |     19:01 Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür  |     18:54 Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub  |     18:49 Gürcüstanda dəm qazından iki nəfər ölüb, dörd nəfər xəsarət alıb  |    

"Boeing"dən yeni uğursuzluq: "777X" sınaqdan keçmədi

Amerikanın "Boeing" aviatikinti korporasiyası özünün ən yeni "777X" laynerinin sınaqları zamanı texniki problemlərlə üzləşib.

Bu barədə "Agence France Press" vəziyyətlə tanış mənbəyə istinadən xəbər verir.

Qeyd edilir ki, keçən həftə aparılan sınaqlarda ABŞ Mülki Aviasiyanın Federal İdarəsinin (FAA) müfəttişləri iştirak ediblər. Germetikliyin yoxlanılması zamanı təyyarənin qapısı yerindən uçub. Bu səbəbdən də sınaqlar dayandırılıb.

Baş verənlərlə bağlı "777X"in 2020-ci ilin əvvəllərinə planlaşdırılan ilk sınaq uçuşunun təxirə salınıb-salınmayacağı məlum deyil.

Xatırladaq ki, 2018-ci ilin oktyabrında "Boeing 737 MAX" təyyarəsi İndoneziyada qəzaya uğrayıb, nəticədə 189 nəfər həyatını itirib. Martda isə Efiopiyada eyni modelli təyyarənin qəzaya düşməsi nəticəsində 157 insan ölüb. Bundan sonra bir sıra ölkələrdə "Boeing 737 MAX" hava gəmilərinin istismarı dayandırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 438 07.09.19 13:43