ABŞ-ı cənginə alan "Dorian" qasırğasının kosmosdan çəkilmiş görüntüləri yayılıb.
Median.Az Axar.az-a istinadən xəbər verir ki, görüntülər Beynəlxalq Kosmik Stansiyadakı kamera vasitəsilə lentə alınıb.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ı cənginə alan "Dorian" qasırğasının dördüncü təhlükə səviyyəsinə yüksəldiyi, qasırğanın mərkəzində küləyin sürətinin saatda 130 milə (209 kilometr) çatdığı bildirilmişdi.