Fransada soyuq silahla silahlanmış iki naməlum şəxs ətrafdan keçənlərə hücum edib.
Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin mərkəzi hissəsində, Vilyubern şəhərində, (Leon şəhəri yaxınlığında -red) baş verib. Hücum zamanı 1 nəfər öldürülüb, daha 6 nəfər xəsarət alıb.
Qeyd edilir ki, silahlılardan biri polis tərəfindən saxlanılıb. Hücumda iştirak etmiş ikinci cinayətkarın axtarışı davam etdirilir.