Meksikada Verakruz ştatının Koatzakoalkos şəhərində bara hücum nəticəsində 28 nəfər öldürülüb.
TASS xəbər verir ki, bunu regionun baş prokuroru Xorxe Vinkler Ortis bildirib.
Daha 9 nəfər yanıq xəsarətləri ilə xəstəxanada qalır. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Hüquq-mühafizə orqanları cinayətkarları axtarır. Ehtimala görə, hücumu “Yeni Halisko nəsli” narkokarteli həyata keçirib.
Meksika prezidenti Andres Manuel Lopes Obrador Baş Prokurorluğun faciəni dəqiq araşdıracağına söz verib.