Meksikada 23 yaşlı Aleksa Terrazas yoqa hərəkəti edən zaman 6-cı mərtəbədən yerə düşüb.
Median.Az BakuPost xarici mediaya istinadən xəbər verir ki, o, eyvanının məhəccərində başı aşağı sallanaraq yoqa hərəkəti etmək istəyib.
Məqsədi bu hərəkəti edərkən dostlarının onun şəklini çəkib sosial şəbəkədə paylaşması olub. Lakin işlər istədiyi kimi getməyib. Müvazinətini itirən Aleksa 24 metr məsafədən yerə çaxılıb. Bu zaman gənc qız ayaqlarından, döş qəfəsindən və başından ciddi zədə alıb. 11 saat əməliyyat keçirən qızın 3 il yeriyə bilməyəcəyi bildirilib.