Hulusi Akar: Türkiyə ABŞ-dan PKK/YPG terror təşkilatına dəstəyin tam dayandırılmasını gözləyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:02 Azərbaycanda iş adamı qəfil vəfat etdi  |     22:56 Bu ayın sonunda Putin və Tramp görüşəcək  |     22:42 KİV: ABŞ Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti verməsini gözləyir  |     22:35 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:34 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:20 Azərbaycanda tanınmış həkim vəfat etdi (FOTO)  |     22:12 Ukraynanı qorumağın ən ucuz yolu budur - Berbok  |     22:06 Azərbaycan Şahmat Federasiyasının prezidenti: "Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək"  |     21:53 Rauf Məmmədov: "Çempionluğu atama həsr etmək istəyirəm"  |     21:39 Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi  |     21:25 Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb  |     21:21 Putin-Tramp görüşü bu tarixdə keçirilə bilər  |     21:17 Egey dənizində 4,9 maqnitudalı zəlzələ baş verib  |     20:57 Şəhriyar Məmmədyarov: "Mən bu çempionatda özümü qalib sayıram"  |     20:45 Ağstafada 4 nəfər dəm qazından zəhərlənib  |     20:28 Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ - Oğlu əsgərlikdən gələn ata QATİL OLDU  |     20:27 Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub  |     20:15 Bu hotellərin reklamları söküləcək  |     20:14 Hərəkətdə olan "KamAZ" dəhşət saçdı: Piyada öldü, iki nəfər yaralandı  |     19:28 Qızıl alışında beşinci ölkəyik  |    

Hulusi Akar: Türkiyə ABŞ-dan PKK/YPG terror təşkilatına dəstəyin tam dayandırılmasını gözləyir

Əgər Türkiyə və ABŞ arasında Suriyanın şımalında “təhlükəsizlik zonası” haqqında razılıq əldə olunmasa Ankara bunu təkbaşına yaratmaq məcburiyyətində qalacaq.

“Anadolu” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ müdafiə naziri Mark Esperlə telefon danışığı zamanı bildirib.

H.Akar telefon danışığı zamanı qeyd edib ki, Ankara ABŞ-dan PKK/YPG terror təşkilatına dəstəyin tam dayandırılmasını gözləyir.

Nazir həmçinin vurğulayıb ki, Türkiyə ölkənin cənubunda terror dəhlizinin yaradılmasına imkan verməyəcək.

Suriyanın şimalında yaradılması planlaşdırılan “təhlükəsizlik zonasından” danışan türkiyəli nazir qeyd edib ki, bu zonada lazımi nəzarəti yalnız Türkiyə təmin edə bilər.

H.Akar bildirib ki, PKK/YPG terror təşkilatının “təhlükəsizlik zonasında” olan bütün silahları toplanmalıdır, onların bütün tunelləri və mövqeləri məhv edilməlidir və terror təşkilatının üzvləri bu ərazidən çıxarılmalıdır.

Onun sözlərinə görə, bu zona Suriya ərazisinin 30-40 kilometr dərinliyində olmalıdır.

F-35 proqramı haqqında danışan nazir bildirib ki, Ankara yalnız müştəri deyil, həmçinin beşinci nəsil qırıcı təyyarələrin hazırlanması üzrə proqramın investoru və vacib tərəfdaşıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 278 30.07.19 11:53