Hindistanda su pərisi sindromlu uşaq dünyaya gəlib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:02 Azərbaycanda iş adamı qəfil vəfat etdi  |     22:56 Bu ayın sonunda Putin və Tramp görüşəcək  |     22:42 KİV: ABŞ Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti verməsini gözləyir  |     22:35 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:34 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:20 Azərbaycanda tanınmış həkim vəfat etdi (FOTO)  |     22:12 Ukraynanı qorumağın ən ucuz yolu budur - Berbok  |     22:06 Azərbaycan Şahmat Federasiyasının prezidenti: "Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək"  |     21:53 Rauf Məmmədov: "Çempionluğu atama həsr etmək istəyirəm"  |     21:39 Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi  |     21:25 Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb  |     21:21 Putin-Tramp görüşü bu tarixdə keçirilə bilər  |     21:17 Egey dənizində 4,9 maqnitudalı zəlzələ baş verib  |     20:57 Şəhriyar Məmmədyarov: "Mən bu çempionatda özümü qalib sayıram"  |     20:45 Ağstafada 4 nəfər dəm qazından zəhərlənib  |     20:28 Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ - Oğlu əsgərlikdən gələn ata QATİL OLDU  |     20:27 Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub  |     20:15 Bu hotellərin reklamları söküləcək  |     20:14 Hərəkətdə olan "KamAZ" dəhşət saçdı: Piyada öldü, iki nəfər yaralandı  |     19:28 Qızıl alışında beşinci ölkəyik  |    

Hindistanda su pərisi sindromlu uşaq dünyaya gəlib - FOTO

Hindistanın Uttar-Pradeş ştatının Lakhimpur-Kheri dairəsində su pərisi sindromlu (sirenomeliya) uşaq dünyaya gəlib.

Median.Az
xəbər verir ki, bu barədə “The Times of India” nəşri məlumat yayıb.

Məlumata əsasən, doğuş yerli xəstəxanaların birində baş tutub. Normal keçən doğuş zamanı anadan olan körpənin ayaqları bir-birinə bitişik olub.

Həkimlər vəziyyəti ağır olan körpəni başqa xəstəxanaya aparmağı təklif etsələr də, o, tələf olub.

Tibb işçiləri bildiriblər ki, körpə çox zəif olub və doğuşdan bir saat sonra ölüb.

Qeyd edək ki, su pərisi sindromu nadir rast gəlinən hadisədir. Anomaliya zamanı daxili orqanlar inkişaf etmədiyi üçün əksər hallarda körpənin ölümü ilə nəticələnir.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 965 29.07.19 11:56