Mayın 3-də Yaponiyanın Kyüşü adasında yerləşən Aso vulkanının kraterlərindən biri 600 metr hündürlüyə kül və tüstü püskürüb.
Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, püskürmə çox hündür hesab edilməsə də, Nakadake-1 kraterinə bir kilometrdən artıq yaxınlaşmaq təhlükəlidir.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.
Xatırladaq ki, dünyanın ən böyük vulkanlarından biri sayılan Aso son dəfə aprelin ortalarında püskürüb.