Culian Assancı 5 ilədək həbs gözləyir.
Median.Az Teleqarf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, C.Assanc kompüterlərə müdaxilə etməkdə və onları sıradan çıxarmaqda ittiham edilir. "Bu ittihamla onu maksimun 5 ilədək həbs gözləyir", - deyə məlumatda qeyd olunur.
O da qeyd olunur ki, C.Assanc Amerika Birləşmiş Ştatları ilə Böyük Britaniyaya arasında olan ekstradisiya sazişinə uyğun olaraq tutulub.