Feldmarşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu Tripoli beynəlxalq hava limanına nəzarəti tam ələ keçirib.
Median.Az oxu.az-a istinadən bildirir ki, bu barədə bəyanat Liviya Milli Ordusunun "Facebook" səhifəsində yer alıb.
Bildirilir ki, aeroport ərazisindən Tripolinin mühüm obyektlərinin ələ keçirilməsi üçün istifadə olunacaq. Aeroport 5 ildir fəaliyyət göstərmir.
Al Arabiya telekanalı isə Liviya Milli Ordusunun Tripolinin Halya-əl-Furcan rayonuna daxil olduğu barədə məlumat yayıb.