Liviya Milli Ordusunun baş komandanı, feldmarşal Xalif Xaftar ölkə paytaxtı Tripoliyə hücum əmri verib.
Reuters-in məlumatına görə, qoşunlar ölkə paytaxtını silahlı qruplaşmalardan azad etmək üçün yeridilib.
Həmçinin, Liviyanın baş naziri Abdulla Əbdürrəhman ət-Tani də orduya bütün hökumət qurumları üzərində nəzarət yaratmağı əmr edib.
Baş nazirin bu əmri onun rəsmi Facebook səhifəsində yerləşdirilib.