Mərhum pop-ulduz Maykl Ceksonla bağlı lentə alınan qalmaqallı sənədli filmin rejissoru ekran işindəki önəmli məqamlardan birinin yalan olma ehtimalını etiraf edib.
Median.Az axşam.az-a istinadən xəbər verir ki, "Neverləndi tərk edərkən" adlı sənədli film ilk gündən qalmaqal yaradıb. filmdə Ceksonun pedofil olması haqda bir çox məqamlara toxunulub.
Filin qəhrəmanı Ceyms Seyfçak 1988-1992-ci ildə vağzalda Ceksonla bir olduqlarını vurğulayıb. Problem isə odur ki, həmin dpvrdə sözügedən vağzal heç olmayıb. Həmin vağzal 1994-cü ildə tikilib.
Rejissor eyni zamanda iddia edir ki, seyfçakın açıqlaması tam olaraq yalan deyil. O bildirib ki, Ceyms məkanları qarışdıra bilər.
Digər qəhrəman Ueydn Robson isə Cekson tərəfindən təcavüzə məruz qaldığını bildirib. O, valideynlərinin səyahətə getdiyi vaxt tək qaldığını və təcavüz hadisəsinin də onda baş verdiyini bildirib. Bəlli olub ki, Robsonun anası 1993 və 2016-cı ildə verdiyi ifadə də deyib ki, səyahətə gedəndə bütün ailə üzvləri bir arada olub, eləcə də Ueydn.