İranda güclü sel fəlakətini 2 həftədir ağır fəsadlara yol açıb.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Şirazda 21, Loristanda 14, Gülüstanda 8, Mazandaranda 5, Həmədanda 5, Şimali Xorasanda 3, Kohgiluyə və Boyer-Əhməddə 2, Xorasan, Simnan, Xuzistan və Kirmanşahda isə 1 nəfər dünyasını dəyişib.
Xuzistan ostanında Dez və Kərha su bəndlərinin daşması təhlükəsi olduğu üçün bölgədə fövqəladə vəziyyət elan edilib və 96 kənd boşaldılıb.