Əfqanıstanın şimal və şimal-qərb bölgələrində baş verən daşqınlar nəticəsində uşaqlar da daxil olmaqla azı 19 nəfər ölüb.
Median.Az “ToloNews”a istinadən xəbər verir ki, təbii fəlakət səbəbindən həmçinin 20 nəfərdən artıq xəsarət alan, 10 nəfərdən artıq isə itkin düşənin olduğu bildirilir.
Herat, Bədgis, Fərhab əyalətlərində yüzlərlə ev, xeyli əkin sahələri yararsız hala düşüb.//report.az