Banqladeşin paytaxtı Dəkkə şəhərində, "FR Tower"də baş verən dəhşətli yanğında 19 nəfər ölüb, 70 nəfər xəsarət alıb.
Median.Az oxu.az-a istinadən bildirir ki, bu gün günorta saatlarında başlayan yanğının söndürülməsinə 21 briqada cəlb olunub. Hərbi helikopterlərin də istifadə olduğu xilasetmə və söndürmə əməliyyatları davam edir.
Qeyd edək ki, Dəkkədə ötən ay baş verən oxşar hadisə zamanı da 78 nəfər ölmüşdü.